Hidayət Heydərov  olimpiya çempionu OLDU

21:00 29.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

Hafta.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Qeyd edək ki, bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.